Gürcüstan doldurulmuş sorğu anketini Avropa Komissiyasına 2 mayda göndərəcək
Gürcüstan doldurulmuş sorğu anketini Avropa Komissiyasına 2 mayda göndərəcək

Gürcüstan hökuməti doldurulmuş sorğu anketini Avropa Komissiyasına 2 mayda göndərəcək, – bu barədə Gürcüstanın Xarici İşlər naziri, İliya Darçiaşvili bəyan etdi.

İlya Darçiaşvilinin qeyd etdiyi kimi, bu gün Gürcüstanın baş nazirinin sədrliyi ilə Avropaya inteqrasiya üzrə hökumət komissiyasının iclası keçirildi və burada qeyd olunan məsələ müzakirə olundi.

“Bildiyiniz kimi, bu komissiya anketimizin doldurulması prosesində əsas əlaqələndirici platformadır. Biz bu komissiyada bütün cari məsələləri müzakirə etdik. Qeyd olunasıdır ki, aprelin 15-də əvvəlki komissiya çərçivəsində görüşümüz olanda, Gürcüstanın baş naziri sorğunun birinci hissəsinin hazırlanması üçün konkret daxili tarixlər təyin etmişdi. Nəzərinizə çatdırım ki, bu gün komissiya çərçivəsində Gürcüstanın baş naziri ilə bu məsələni müzakirə etdik. Sorğunun birinci hissəsi bütün dövlət idrələrinin çox fəal iştirakı ilə hazırlandı, xeyli iş görüldü və Gürcüstan hökuməti sorğunun birinci hissəsini bazar ertəsi komissiyaya göndərəcək”, – Darçiaşvili bəyan etdi.

Onun sözlərinə görə, son illər ölkədə çox mühüm islahat prosesi aparılıb, Gürcüstan bu sorğuya yaxşı hazırlaşıbdır.

“Keçdiyimiz yol inkan verir ki, Gürcüstan bu sorğuya yaxşı hazırlaşıbdır. Bütün idarələr fəal qoşulmuşdu və gözləntilərimiz optimistikdir. Yaymağa gəldikdə, dərc etdirmə baxımından heç bir öhdəliyimiz yox idi,lakin yüksək marağa görə sorğunun bir hissəsini özümüz ictimailəşdirdik. Cavablara gəldikdə, burada dərc olunması arzuolunan və məqsədəuyğun olmayan cavablar var, ona görə də ictimailəşdirmək hissəsində yalnız anket ilə kifayətlənəcəyik”, – Darçiaşvili qeyd etdi.