Gürcüstan Dəmir Yolları- Ksani küçəsi yaxınlığında yamacdan daş kütləsinin düşməsi səbəbindən Batumi-Tbilisi, Tbilisi-Borcomi və Tbilisi-Batumi qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılıb
Bu gün səhər saatlarında Ksani küçəsi yaxınlığında yamacdan daş kütləsi relslərin üzərinə düşüb. Hadisə nəticəsində Batumi-Tbilisi, Tbilisi-Borcomi və Tbilisi-Batumi qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılıb. Bu barədə Gürcüstan Dəmir Yolları məlumat yayıb.
Açıqlamada qeyd edildiyi kimi, Gürcüstan Dəmir Yollarının müvafiq xidmətləri tərəfindən bir rels operativ şəkildə təmizlənib və qatarların hərəkəti vaxtında bərpa edilib. Hazırda 2-ci istiqamət üzrə relslərin təmizlənməsi işləri aparılır.
“İşlər başa çatan kimi, bütün təhlükəsizlik qaydaları nəzərə alınaraq, adi qaydada ikinci relsdə də hərəkət adi qaydada bərpa olunacaq. Eyni zamanda, daşın töküldüyü yer müvafiq mütəxəssislər tərəfindən yoxlanılır və öyrənilir”, – deyə məlumatda bildirilir.