Gürcüstan Dəmir Yolları tərəfindən verilmiş məlumatda avqustun 9-u, 10 və 11-də sərnişin və yük qatarlarının hərəkət etməyəcəyi deyilir
Gürcüstan Dəmir Yolları tərəfindən verilmiş məlumatda avqustun 9-u, 10 və 11-də sərnişin və yük qatarlarının hərəkət etməyəcəyi deyilir

 
Gürcüstan Dəmir Yolları tərəfindən verilmiş məlumatda avqustun 9-u, 10 və 11-də sərnişin və yük qatarlarının hərəkət etməyəcəyi deyilir, avqustun 12-dən isə hərəkət tam bərpa olunacaq.

Dəmir yolundan verilən məlumatda, sözügedən ləngiməyə səbəb olaraq bir neçə yarımstansiyada reabilitasiyanın aparılması göstərilib.

“Hörmətli sərnişinlər, bildiyiniz üzrə, Gürcüstan Dəmir Yollarında modernləşdirmə layihəsi həyata keçirilir. Dəyəri 249 milyon dollar olan layihə ötürmə qabiliyyətinin artırılmasını və təhlükəsizlik parametrlərinin təkmilləşdirilməsini nəzərdə tutur. Layihə başa çatdıqdan sonra sərnişin qatarlarının səyahət vaxtı azalacaq. Bu layihə çərçivəsində: yeni tunellər, dəmir yolu körpüləri tikilir, rabitə şəbəkəsi dəyişdirilir, yeni yerüstü altlıqlar tikilir, bir neçə yarımstansiya bərpa olunur. Məhz bu layihə çərçivəsində aparılan işlər ilə əlaqədar avqustun 9-u, 10 və 11-də sərnişin və yük qatarları hərəkət etməyəcək, avqustun 12-dən isə hərəkət tam bərpa olunacaq” – deyə məlumatda deyilir.