Gürcüstan Dəmir Yolları şirkətində, şirkətin 2022-ci ilin birinci yarısını 161 milyon larilik rekord mənfəətlə başa vurduğu bildirilir
Gürcüstan Dəmir Yolları şirkətində, şirkətin 2022-ci ilin birinci yarısını 161 milyon larilik rekord mənfəətlə başa vurduğu bildirilir

 

Gürcüstan Dəmir Yolları gəlirlərin artım tendensiyasını qoruyur, – bu barədə Gürcüstan Dəmir Yolları məlumat yayır.

Onlar tərəfindən, şirkətin 2022-ci ilin birinci yarısını 161 milyon larilik rekord mənfəətlə başa vurduğu , əməliyyat gəlirinin isə 12% artaraq 311 milyon lari təşkil etdiyi bildirilir.

“İşçilərin maaşlarına və digər xərclərə gəlincə, onların ümumi göstəricisi 97 milyon lari təşkil edir. Bildiyiniz üzrə, 2021-ci ilin 3-cü rübündə şirkət 12 000-dən çox işçinin maaşını artırıb ki, bu da təbii olaraq əmək haqqı xərclərində də öz əksini tapıb və orta əmək haqqı 1300 laridən çox olub. Xalis maliyyə gəliri 59 milyon lari təşkil edib ki, bu da əsasən 2021-ci ildə yenidən maliyyələşdirmə nəticəsində faiz xərclərinin azalması və larinin dollara nisbətdə möhkəmlənməsi ilə bağlıdır. Həmçinin, likvidlik göstəricisi yaxşılaşıb. 2022-ci ilin iyunun 30-da təşkilatın hesabında pul vəsaiti 252 milyon lari təşkil edib ki, bu da 2021-ci ilin iyunun 30-na olan vəziyyətə görə mövcud pul vəsaitinin balansını 68 milyon lari, 2021-ci ilin sonuna olan pul vəsaitini isə 40 milyon lari aşır” -deyə şirkətin məlumatında deyilir.