Gürcüstan Dəmir Yolları - Qərbi Gürcüstanda pis hava şəraiti ilə əlaqədar sərnişin qatarları müxtəlif yerlərdə dayanıblar, qatarların hərəkətini ən qısa zamanda bərpa etmək üçün səylərimizi əsirgəmirik
Qərbi Gürcüstanda pis hava şəraiti ilə əlaqədar sərnişin qatarları müxtəlif yerlərdə dayanıblar. Gürcüstan Dəmir Yolları sərnişin reyslərinin ləngimədən həyata keçirilməsini təmin etmək üçün maksimal olaraq çalışır – bu barədə Gürcüstan Dəmir Yollarının bəyanatında deyilir.
Açıqlamada qeyd olunduğu kimi, qatarların hərəkətini ən qısa zamanda bərpa etmək üçün səyləri əsirgəmirlər.
“Buradaca qeyd edirik ki, qurumdan asılı olmayan səbəblərdən Qərbi Gürcüstanda pis hava şəraiti dəmir yolu üçün müxtəlif problemlər yaradır. Hazırda keçid hissəsindəki yarımstansiyalar söndürülüb, belə ki, dəmir yolunun əlaqə şəbəkəsinə elektrik enerjisi verilmir. Gürcüstan Dəmir Yolları sərnişin qatarlarının hərəkətini ən qısa müddətdə, elektrik enerjisi stabil şəkildə verilən kimi ləngimədən bərpa etmək üçün səylərini əsirgəmir”- deyə bəyanatda deyilir.