Gürcüstan Dəmir Yolları - güclü qar səbəbindən maqistral istiqamətdə hərəkət edən qatarlarda gecikmələr ola bilər
Gürcüstan Dəmir Yolları güclü qar səbəbindən, gözlənilən gecikmələrlə bağlı bəyanat yayır.
İdarədə bəuyan etdiklərinə görə, narahatçılığı başdan rədd etmək üçün, şirkət planlaşdırılmış reyslərdə satılan biletləri geri almağa və onların haqqını tam şəkildə geri qaytarmağa hazırdır.
“Qərbi Gürcüstanda pis hava şəraiti və çoxlu qar ilə əlaqədar, Gürcüstan Dəmir Yollarından asılı olmayan səbəblərdən, əlaqə şəbəkəsində vaxtaşırı gərginlik problemləri baş verir ki, bu da hərəkətin pozulmasına və qatarların gecikməsinə səbəb ola bilər. Yuxarıda qeyd olunanlardan irəli gələrək, Gürcüstan Dəmir Yollarının sərnişinlərin yubanmadan daşınması imkanı yoxudur və hər bir sərnişinə yola düşənə qədər biletlərin qaytarılması inkanını təklif edir”, – Gürcüstan Dəmir Yollarında bəyan edirlər.