Gürcüstan Dəmir Yolları - qərbi Gürcüstanda pis hava şəraiti ilə əlaqədar bizdən asılı olmayan səbəblərə görə gərginlik problemləri var, sərnişinlərə biletlərini geri qaytarmaq imkanını təklif edirik
Gürcüstan Dəmir Yolları - qərbi Gürcüstanda pis hava şəraiti ilə əlaqədar bizdən asılı olmayan səbəblərə görə gərginlik problemləri var, sərnişinlərə biletlərini geri qaytarmaq imkanını təklif edirik

Gürcüstan Dəmir Yolları sərnişinlərə müraciət edərək izah edir ki, qərbi Gürcüstanda hava şəraitinin pis olması üzündən, vaxtaşırı onlardan asılı olmayan səbəblərdən gərginlik problemləri yaranır və bunun qatarların hərəkətində ləngimələrə səbəb olması mümkündür.

Yuxarıda qeyd olunanlardan irəli gələrək, şirkət sərnişinlərə  biletlərin qaytarılması imkanını təklif edir.

“Qərbi Gürcüstanda pis hava şəraiti ilə əlaqədar, Gürcüstan Dəmir Yollarından asılı olmayan səbəblərdən, əlaqə şəbəkəsində vaxtaşırı gərginlik problemləri baş verir ki, bu da hərəkətin pozulmasına və qatarların gecikməsinə səbəb ola bilər. Yuxarıda qeyd olunanlardan irəli gələrək, Gürcüstan Dəmir Yollarının sərnişinlərin yubanmadan daşınması imkanı yoxudur və hər bir sərnişinə yola düşənə qədər biletlərin qaytarılması inkanını təklif edir”, – Gürcüstan Dəmir Yollarında bəyan edirlər.