Gürcüstan Dəmir Yolları - Qərbdə yağan güclü yağış səbəbilə relsləri su basıb, torpaq çöküb, Zuqdidi-Tbilisi və Batumi-Tbilisi istiqamətində hərəkət edən qatarların hərəkəti dayandırılıb
Qərbdə yağan güclü yağış nəticəsində Babi kəndi yaxınlığında drenaj quyularından daşmış külli miqdarda su relsləri basıb-bu haqda Gürcüstan Dəmir Yolları xəbər yayır.
İdarədən yayılan məlumata görə, relslərin yaxınlığında torpaq çöküb. Hər iki istiqamətdə nəqliyyatın hərəkəti dayandırılıb.
“Xüsusən də Zuqdidi-Tbilisi və Batumi-Tbilisi istiqamətində hərəkət edən qatarların hərəkəti dayandırılıb. Gürcüstan Dəmir Yolları işçi qüvvəsini maksimum səfərbər edib və təmizləmə/bərpa işləri davam edir. İndiki mərhələdə nəqliyyatın hərəkətinin bərpası ilə bağlı dəqiq proqnoz vermək mümkün deyil. Qısa müddət ərzində məlumatları yeniləyəcəyik”, – deyə Gürcüstan Dəmir Yollarının yaydığı məlumatda bildirilir.