"Gürcüstan Dəmir Yolları" Fransanın İnkişaf Agentliyindən 500 000 avro qrant alıb
“Gürcüstan Dəmir Yolları” Fransanın İnkişaf Agentliyindən (AFD) 500 000 avro qrant alıb-bu barədə “Gürcüstan Dəmir Yolları”-nın mətbuat xidməti məlumat yayır.
Onların verdiyi məlumata görə, texniki yardımın məqsədi dəmir yolu nəqliyyatının davamlı inkişafına kömək etmək və onun Aİ tənzimləmələrinə uyğunlaşdırılmasına dəstək olmaqdır.
“Gürcüstanın investisiya və yük daşımaları bazarını genişləndirmək məqsədilə, qarşılıqlı əməkdaşlıq çərçivəsində milli dəmir yolu siyasəti sənədi, regional kontekstdə isə- yükdaşıma bazarının tədqiqi və inkişafı strategiyası hazırlanacaq. Həmçinin, investisiya planı (o cümlədən, vaqonlar üçün) hazırlanacaq. Qarşıya qoyulan məqsədlərin düzgün həyata keçirilməsi üçün, AFD-nin tövsiyəsi ilə fransalı ekspert Gürcüstana gələcək, o “Gürcüstan Dəmir Yolları”-nın və digər rəsmi qurumların nümayəndələrilə konsultasiyalar keçirəcək. Aprel ayında başlayacaq missiya təxminən 12/18 ay davam edəcək. Qeyd etmək lazımdır ki, AFD dünya miqyasında layihələrə maliyyə dəstəyi verən və Asiya İnkişaf Bankı (AİB) kimi maliyyə institutları ilə əməkdaşlıq edən Fransanın dövlət maliyyə institutudur”- deyə “Gürcüstan Dəmir Yolları”-nın mətbuat xidmətinin məlumatında deyilir.