Gürcüstan Dəmir Yolları - bu gün, saat 17:00-dan etibarən Gürcüstan Dəmir Yollarında hərəkət bərpa olunacaq
Gürcüstan Dəmir Yollarında hərəkət bu gün, saat 17:00-dan bərpa olunacaq -bu barədə Gürcüstan Dəmir Yolları məlumat yayır.
“Mareli stansiyası yaxınlığında torpaq sürüşməsi nəticəsində relslərin üzərinə düşmüş daş-torpaq kütləsi tam təmizlənib və əlaqə şəbəkəsi bərpa edilib. Müvafiq olaraq, Gürcüstan Dəmir Yollarında hərəkət iyulun 3-ü saat 17:00-dan bərpa olunacaq. Belə ki, günün ikinci yarısında aşağıdakı reyslər həyata keçiriləcək :
Maqistral istiqamətdə hərəkət edən qatarlar: №804 Tbilisi-Batumi 17:05; #807 Batumi-Tbilisi 17:15; #801 Batumi-Tbilisi 18:20; #812 Tbilisi-Batumi 0:35; #811 Batumi-Tbilisi 0:45; #869 Zuqdidi-Tbilisi 17:25; №874 Tbilisi-Poti 17:30″-deyə Gürcüstan Dəmir Yollarının məlumatında qeyd olunur.