Gürcüstan Dəmir Yolları Batumiyə əlavə reyslər təyin edir
Gürcüstan Dəmir Yolları Batumiyə əlavə reyslər təyin edir

Gürcüstan Dəmir Yolları iyulun 1-dən iyulun 31-dək Batumiyə əlavə reyslər təyin edir.

Gürcüstan Dəmir Yollarından verilən məlumata əsasən, Tbilisidən Batumiyə gedən qatar saat 06:30-da, Batumidən paytaxta çıxan qatar isə saat 14:30-da yola düşəcək.

“Biletləri əldə edə bilərsiniz: https://ticket.railway.ge/ saytından, sürətli ödəniş aparatları ilə, Gürcüstan Dəmir Yollarının kassalarında, Gürcüstan Dəmir Yollarının tərəfdaş şirkətləri vasitəsilə”, – Gürcüstan Dəmir Yolları elan edib.