Gürcüstan Dəmir Yolları - Batumi-Tbilisi reysi texniki nasazlığa görə gecikib
Gürcüstan Dəmir Yollarından verilən məlumata görə, Batumi-Tbilisi reysi texniki nasazlıq səbəbindən gecikib.
“Batumi-Tbilisi reysi yüksək gərginlikli şəbəkədə yaranmış texniki nasazlığa görə gecikib. Gürcüstan Dəmir Yollarının texniki briqadası artıq işləyir və biz ümid edirik ki, ən qısa müddətdə (ən çox 30 dəqiqə ərzində) hərəkət bərpa olunacaq”- Gürcüstan Dəmir Yollarının bəyanatında deyilir.