Gürcüstan Dəmir Yolları Batumi istiqamətində əlavə reyslər təyin edir
Gürcüstan Dəmir Yolları Batumi istiqamətində əlavə reyslər təyin edir

 

Gürcüstan Dəmir Yolları Batumi istiqamətində əlavə reyslər təyin edir. Gürcüstan Dəmir Yolları tərəfindən yayılmış məlumata əsasən, Tbilisidən gündüz reysləri iyunun 14-dən sentyabrın 15-i də daxil olmaqla saat 10:25-də, Batumidən Tbilisi istiqamətində isə saat 17:15-də yerinə yetiriləcək.

Gecə reysləri də əlavə olunur. Gürcüstan Dəmir Yollarından verilən məlumata əsasən, iyunun 16-dan sentyabrın 15-i də daxil olmaqla qatar Tbilisidən Batumiyə saat 00:35-də, Batumidən Tbilisiyə isə saat 00:45-də yola düşəcək.

İdarədən açıqlandığı üzrə biletləri qeyd olunan internet saytından, həmçinin sürətli ödəniş aparatları vasitəsilə, Gürcüstan Dəmir Yollarının kassalarından və tərəfdaş şirkətlər vasitəsilə əldə etmək olar.