Gürcüstan, Doing Business-in reytinqində irəli çıxdı və dünyada 6-cı yerdədir
Gürcüstan, dünyada biznesin yaradılması asanlığı ilə 190 ölkə arasında altıncı yerdədir. Dünya Bankı tərəfindən yayılan yeni hesabatın – Doing Business 2019-un göstəriciləri bu cürdür.
Bu, ölkə üçün, bu günə qədər qeydə alınan ən yaxşı göstəricidir. Keçən ilin reytinqində Gürcüstan 9-cu yerdə idi. Onluğa artıq dördüncü dəfə düşür.
Doing Business 2019-un lideri, yenə də Yeni Zelandiyadır. Onluqda yenə də Sinqapur, Danimarka, Honq Konq, Cənubi Koreya, Norveç, ABŞ, Böyük Britaniya və Makedoniyadır.