Gürcüstan BMT-nin Qeyri-Hökumət Təşkilatları Komitəsinin üzvü seçilib
Gürcüstan BMT-nin Qeyri-Hökumət Təşkilatları Komitəsinin üzvü seçilib

 

Gürcüstan BMT-nin Qeyri-Hökumət Təşkilatları Komitəsinin üzvü seçilib.

Şərqi Avropa üçün ayrılmış iki yer uğrunda Gürcüstandan başqa Rusiya və Ermənistan mübarizə aparırdı.

BMT-nin İqtisadi və Sosial Şurasında keçirilən səsvermə nəticəsində Gürcüstan 44, Ermənistan isə 47 səs toplayıb və növbəti 4 il ərzində komitənin üzvü seçiliblər.

Bununla yanaşı, komitənin 26 illik mövcudluğu boyunca minimum 28 səs əvəzinə cəmi 15 səs toplaya bilən Rusiya ilk dəfə olaraq üzv seçilməyib.

Gürcüstan və Ermənistan üçün komitə üzvü statusu 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.