Gürcüstan Biznes Assosiasiyasının qiymətləndirməsinə görə, Türkiyə ilə əczaçılıq "bazarının" açılması məqsədəuyğun və vaxtında atılmış addımdır
Gürcüstan Biznes Assosiasiyasının qiymətləndirməsinə görə, Türkiyə ilə əczaçılıq "bazarının" açılması məqsədəuyğun və vaxtında atılmış addımdır

 

Gürcüstan Biznes Assosiasiyası əczaçılıq bazarındakı problemləri öyrənməyə , üzv şirkətlərin ehtiyac və problemlərini təhlil etməyə davam edir. Assosiasiyanın qiymətləndirməsinə görə, Gürcüstan hökumətinin konkret olaraq isə baş nazirin Türkiyə ilə “bazar açmaq” təşəbbüsü məqsədəuyğun və vaxtında atılan addımdır.

“İslahatı həyata keçirərkən bütün tərəflərin maraqlarını qorumaq və nəzərə almaq lazımdır. Hesab edirik ki, mövcud qanunvericiliyin nəzərdən keçirilməsi , həm vətəndaşlar, həm də əczaçılıq sektorunda fəaliyyət göstərən şirkətlərə hesablanmış müvafiq, ədalətli qərarların qəbulu mühümdür.Dərman vasitələrinin keyfiyyətinin və dəyərinin tənzimlənməsi prosesinə əczaçılıq bazarındakı vəziyyət haqqında ətraflı məlumatı olan Rəqabət Agentliyinin cəlb olunması bizi sevindirir. Baş nazir Ğaribaşvili ilə görüşdə Gürcüstan Biznes Assosiasiyasına üzv şirkətlər əczaçılıq sektorunda çalışan biznes operatorları, eləcə də əhalini bərabərhüquqlu vəziyyətə salacaq olan “bazarın açılması” zərurətini müzakirə ediblər ki, bu da əhalinin ucuz və keyfiyyətli dərman ala bilməsini mümkün edəcək.

Ümid edirik ki, bu proses dinamik və konstruktiv olacaq, bu əhali üçün, eləcə də bu sektorda fəaliyyət göstərən şirkətlər və bütövlükdə biznes üçün çox vacibdir, çünki biznesdə təhlükəsizlik və ədalət hissinin olması həm xarici, həm də yerli investisiyaların cəlb edilməsi zamanı müsbət şəkildə əks olunmuş olacaq”-deyə Gürcüstan Biznes Assosiasiyasının bəyanatında deyilir.

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında bildirib ki, bu həftə dərmanların qiymətlərini əhəmiyyətli dərəcədə aşağı salacaq qərarlar qəbul ediləcək.