Gürcüstan Biznes Assosiasiyası – Şirkətlərin əksəriyyəti hələ də işçilərin sayını dəyişməz saxlayır

11:57, 23.12.2021

Gürcüstan Biznes Assosiasiyasının üzvləri və onların qrupuna daxil olan şirkətlər rüblük araşdırma çərçivəsində keçmiş və cari rübdə işçilərin sayındakı dəyişikliyi ümumiləşdirir.

Araşdırmaya görə, 2021-ci ilin birinci yarısında artan iqtisadi aktivliyə paralel olaraq çoxlu sayda şirkət işçilərin sayını artırıb. 2021-ci ilin üçüncü rübündən etibarən, respondentlərin əksəriyyəti işçilərin sayını dəyişməz saxladıqları üçün artım tempi yavaşladı. Xüsusilə, 2021-ci ilin üçüncü rübündə respondentlərin 66 faizi, dördüncü rübündə isə 75 faizi işçilərin sayında dəyişiklik etməyib.

Son sorğuya əsasən, bu tendensiya gələn il də davam edəcək – respondentlərin 71%-i 2022-ci ilin birinci rübündə işçilərin sayını dəyişməyi planlaşdırmır.

Oxşar