Gürcüstan birinci Gürcü-Azərbaycan hüquq forumuna ev sahibliyi edir
Gürcüstan birinci Gürcü-Azərbaycan hüquq forumuna ev sahibliyi edir

 

Gürcüstanın ədliyyə naziri Rati Breqadze və onun azərbaycanlı həmkarı Fikrət Məmmədov Batumidə Gürcü-Azərbaycan hüquq forumunun açılışını ediblər.

Ədliyyə Nazirliyindən verilən məlumatda hüquq forumunun məqsədinin iki ölkənin ədliyyə nazirlikləri arasında təcrübə mübadiləsi və hüquqi əlaqələrin dərinləşdirilməsinə xidmət etdiyi deyilir.

Gürcüstan və Azərbaycanın ədliyyə nazirlərinin müavinləri, eləcə də məhkəmə sistemi, prokurorluq, hüquqşünaslar korpusunun nümayəndələri tədbirdə iştirak edirlər.

“Forumda ədliyyə sisteminin gücləndirilməsi, xidmətlərin rəqəmsallaşdırılması, penitensiar və probasiya sistemlərinin gücləndirilməsi, qarşılıqlı hüquqi yardım kimi məsələlər müzakirə edilir; Gələcək əməkdaşlıq üçün konkret təşəbbüsləri və istiqamətləri müzakirə edəcəklər.

Hüquq forumu iki ölkənin ədliyyə nazirləri arasında ötən il Avropa Şurasının təşkil etdiyi beynəlxalq konfrans çərçivəsində Venesiyada başlayan sıx və səmərəli əməkdaşlığın davamıdır. Cari ilin martında Rati Breqadzenin Bakıya səfəri zamanı Gürcüstan və Azərbaycanın ədliyyə nazirlikləri arasında digər tədbirlərlə yanaşı, illik birgə hüquq forumunun keçirilməsini də nəzərdə tutan əməkdaşlıq memorandumu imzalanıb” – deyə nazirliyin məlumatında qeyd olunur.