Gürcüstan beynəlxalq radiasiya monitorinq sisteminə qoşulub
Gürcüstan beynəlxalq radiasiya monitorinq sisteminə qoşulub

 
Gürcüstan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Beynəlxalq Radiasiya Monitorinqi İnformasiya Sisteminə (IRMIS) qoşulub. Məlumatı Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yayır.

Qurumdan verilmiş məlumat üzrə, Nüvə və Radiasiya Təhlükəsizliyi Agentliyinə məxsus ətraf mühitin radiasiya fonunun monitorinqi stansiyalarından radiasiya göstəriciləri avtomatik olaraq IRMIS sisteminə ötürülür və cari rejimdə beynəlxalq xəritədə öz əksini tapır.

Gürcüstanın beynəlxalq öhdəlikləri nəzərə alınmaqla yaradılmış IRMIS sistemi nüvə və ya radioloji fövqəladə hallar barədə erkən məlumatlandırma və cavab tədbirlərinin idarə edilməsi prosesində mühüm mexanizmdir. Sistemə qoşulan dövlətlərin göstəriciləri cari rejimdə təbii radiasiya fonunun monitorinqi və müvafiq olaraq, vaxtında səmərəli qərarlar qəbul etmək imkanı verir.

“IRMIS sisteminə qoşulma Gürcüstanın nüvə və radiasiya təhlükəsizliyi sahəsini tənzimləyən beynəlxalq hüquqi rejimə və beynəlxalq əməkdaşlığa sadiqliyini təsdiqləyir”- Nüvə və Radiasiya Təhlükəsizliyi Agentliyinin rəhbəri Xatia Cikuridze açıqlayıb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin İnsidentlər və Fövqəladə Hallar Mərkəzinin direktoru bildirib ki, bu cür iştirak əhalinin və ətraf mühitin mühafizəsi məqsədilə beynəlxalq əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirir.

Nüvə və Radiasiya Təhlükəsizliyi Agentliyi tərəfindən radiasiya fonunun monitorinqi stansiyalarında həyata keçirilən texniki tədbirlər və proqram təminatı nəticəsində Gürcüstan IRMIS sisteminin 50-ci töhfə verən dövlət statusu əldə edib.

Məlumatı Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti yayır.