"Gürcüstan bankının" filialına hücum edən şəxs həbs edildi və bütün girovlar azad edildi
“Gürcüstan bankının” filialına hücum edən şəxs həbs edildi və bütün girovlar azad edildilər, – bu haqda məlumatı Patrul Polisin rəhbəri Vaja Siradze verdi.
“Bu gün “Avlabari” metrostansiyasının yanındaki bank filialına silahlı hücum edildi. Hücum edən cinayətkar binadaki insanları girov götürdü.
Hazırda cinayətkar həbs edilib və bütün girovlar azaddır. Faktla bağlı istintaq davam edir. Neçə nəfərin içəridə girov qaldığı ilə bağlı dəqiq məlumatı hələlik verə bilmirik. Birazdan əlavə bəyanatlar veriləcək”, – dedi Vaja Siradze.
Xatırladaq ki, Avlabaridə, “Gürcüstan Bankının” binasına silahlı şəxs daxil olmuşdu və binadaki insanları girov götürmüşdü.