"Gürcüstan Bankında", Kobuletidə onların inkasatorunun soyulduğu barədə yayılan məlumatı təsdiqləmirlər
"Gürcüstan Bankında", Kobuletidə onların inkasatorunun soyulduğu barədə yayılan məlumatı təsdiqləmirlər

“Gürcüstan Bankında”, Kobuletidə onların inkasatorunun soyulduğu barədə yayılan məlumatı təsdiqləmirlər.

Bank tərəfindən Gürcüstanın Birinci Kanalına verilən məlumata görə, ehtimala görə, Kobuletidə soyulan inkasator avtomobili başqa şirkətə aiddir.

“Gürcüstan Bankının inkasator maşını soyulmayıb. Bildiyimiz qədəri ilə, soyulan avtomobil DDG şirkətinə aiddir. Digər təfərrüatlar üçün Daxili İşlər Nazirliyinə müraciət etməyinizi xahiş edirik” – deyiblər “Gürcüstan Bankından”.

Qeyd edək ki, Kobuletidə hansısa şirkətin inkasatoru soyulub və inkasatorun əlindən təqribən 50 min lari alınıb.