Gürcüstan Bankına basqın edən silahlı şəxs iki milyon dollarla yanaşı, helikopter, tor və Rusiya bayrağı tələb edir
Gürcüstan Bankına basqın edən silahlı şəxs iki milyon dollarla yanaşı, helikopter, tor və Rusiya bayrağı tələb edir

 

Kutaisidə Gürcüstan Bankının Rustaveli küçəsində yerləşən filialına basqın edən silahlı şəxs iki milyon dollarla yanaşı, helikopter, tor və Rusiya bayrağı tələb edir. Girovlardan biri sosial şəbəkədə bununla bağlı video kadrlar yayır. Onun çəkdiyi videodan da göründüyü kimi, hücumçu girovlardan birinə tələblərini çatdırır.

Kutaisidə Gürcüstan Bankının Rustaveli küçəsində yerləşən filialına bu gün səhər saatlarında silahlı şəxs basqın edib. Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən yayılan məlumatda bankın filialında 12 nəfərin girov olaraq qaldığı deyilir.

DİN-in açıqlamasında qeyd olunduğu üzrə, hüquq-mühafizə orqanlarının əməkdaşları onların tez və təhlükəsiz şəkildə sərbəst buraxılması üçün bütün lazımi tədbirləri görürlər.