"Gürcüstan Bankı" - sanksiyalarla bağlı tələblərə əməl etməyə davam edəcəyik
"Gürcüstan Bankı" - sanksiyalarla bağlı tələblərə əməl etməyə davam edəcəyik

 
“Gürcüstan Bankı”nda Milli Bankın qərarına baxmayaraq, təyin olunan beynəlxalq sanksiyalardan çıxmaq niyətində olmadıqlarını bildirirlər. Bu barədə “Gürcüstan Bankı”nın mətbuat xidmətindən Gürcüstanın Birinci Kanalına açıqlanıb.

“Biz ABŞ, Avropa İttifaqı və Birləşmiş Krallığın təyin etdiyi beynəlxalq sanksiyaların tələblərinə əməl edirik və onlara uyğun hərəkət edirik”- kommersiya bankından qeyd edilib.

Gürcüstanın Milli Bankı ölkənin keçmiş baş prokuroru Otar Partsxaladzeyə sanksiya tətbiq edilməsi ilə bağlı dünən məlumat yayıb. Milli Bankdan açıqlandığı üzrə, gürcü məhkəməsində Gürcüstan vətəndaşı barəsində müvafiq iş üzrə həbs-qətimkan qərarı çıxarılmadan, ona beynəlxalq sanksiyalar tətbiq edilə bilməz. Milli Bankdan həmçinin bəyan edilib ki, Gürcüstan vətəndaşının Gürcüstan Konstitusiyası ilə təmin edilmiş hüquq və azadlıqlarını tam şəkildə həyata keçirmək məqsədilə, Gürcüstan Milli Bankı sanksiyalar rejimlərinin icrası qaydasında müvafiq dəyişiklik hazırlayıb və işə salıb. Dəyişikliyə əsasən, sanksiya rejimləri Gürcüstan vətəndaşına tətbiq edilən sanksiyaların əsasları ilə bağlı Gürcüstan məhkəməsi tərəfindən qanuni qüvvəyə minmiş həbs-qətimkan hökmü çıxarıldığı halda tətbiq edilir; Gürcüstanda qeydiyyatdan keçmiş, hissəsi sanksiya tətbiq edilmiş Gürcüstan vətəndaşına (vətəndaşlarına) məxsus olan hüquqi şəxsə, əgər tətbiq edilmiş sanksiyaların əsasları ilə bağlı Gürcüstan məhkəməsi tərəfindən qanuni qüvvəyə minmiş həbs-qətimkan hökmü çıxarılıbsa.