Gürcüstan-Azərbaycanın diplomatik əlaqələrinin 25 illiyi təntənəli şəkildə qeyd olundu
Gürcüstan və Azərbaycan arasında diplomatik əlaqələrin 25 illiyi təntənəli şəkildə qeyd olundu
Yubiley tarixi ilə əlaqədar, Şota Rustaveli adına Dövlət Teatrında, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə konsert keçirildi. Burada Gəncə Dovlət Filarmoniyasının kamera truppası ifa etdi.
Konxert başlayana qədər tamaşaçılar qarşısında Gürcüstan Xarici İşlər naziri, Mixel Canelidze nitqlə təqdim olundu və iki ölkə arasında tarixi dostluq və yaxşı qonşuluq barəsində söhbət etdi.
“Biz yalnız yaxşı qonşuluq əlaqələri deyil, halbuki strateji partnyorluq yaratdıq. Biz artıq hər bir mümkün sahədə əməkdaşlığımızı dərinləşdirdik. Pnəmli bölgə layihələrinə başladıq. Bu günki çağırışlarda biz bir birimizə inanırıq”, – Xarici İşlər naziri bəyan etdi.
İştirakçılara Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənəv müraciət etdi. O, qeyd etdi ki, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Səfir iki ölkə arasında iqtisadi, energetika və nəqliyyat istiqamətləri ilə əlaqələrdən danışdı.
“Bilirsiniz ki, 25 il ərzində bizim əlaqələrimiz hər il yaxşılaşırdı. Öz vaxtında bunun əsasını, ümummilli lider, Heydər Əliyev qoydu. Gürcüstan və Azərbaycan qardaş millətlərdir. Biz hər sahədə yüksək səviyyədə əməkdaşlıq edirik. Gələcəkdə də davam etdirəcəyik”, – səfir qeyd etdi.