Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Tbilisidə keçiriləcək

17:01, 08.06.2026

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin bəyanatına görə, Gürcüstan–Azərbaycan–Türkiyə formatında növbəti nazirlər görüşünə Tbilisi ev sahibliyi edəcək.

Maka Boçorişvili İstanbulda azərbaycanlı və türkiyəli həmkarları ilə keçirdiyi görüşdən sonra bildirib ki, onları Gürcüstanın paytaxtında qəbul etməkdən məmnun olacaq.

“Razılaşdıq ki, növbəti görüşə Gürcüstan ev sahibliyi edəcək. Türkiyə və Azərbaycanın xarici işlər nazirlərini ölkəmizdə qəbul etməyi səbirsizliklə gözləyirəm”, – deyə Maka Boçorişvili qeyd edib.

Bu gün İstanbulda Gürcüstan–Azərbaycan–Türkiyə üçtərəfli nazirlər görüşü keçirilib.

Oxşar