Gürcüstan-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası çərçivəsində iki ölkənin müvafiq qurumları arasında sazişlər imzalanıb
Gürcüstan-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası çərçivəsində iki ölkənin müvafiq qurumları arasında sazişlər imzalanıb.
İki ölkənin baş nazirləri Gürcüstan və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının protokolunu imzalayıblar.
Bununla yanaşı, Gürcüstan və Azərbaycan Respublikasının birgə beynəlxalq avtomobil keçid məntəqəsi olan “İpək Yolu”nun -“Abreşumis Qza” praktiki fəaliyyətinə dair sazişlər, həmçinin baytarlıq və bitki mühafizəsi sahəsində əməkdaşlığa dair qarşılıqlı anlaşma memorandumları imzalanıb.