Gürcüstan Avropa İttifaqının yeni - Good Human Rights Stories təşəbbüsünə düşdü
Gürcüstan dünyanın 15 ölkəsi ilə birlikdə Avropa İttifaqının yeni – Good Human Rights Stories (GHRS) təşəbbüsünə düşdü.
İnsan haqqları məsələləri üzrə Avropa İttifaqının xüsusi nümayəndəsi, Stavros Lambrinidisin bəyanatına görə, təşəbbüs çərçivəsində işlənib hazırlanmış siyahıya insan haqqları sahəsində nümunəvi və uğurlu ölkələr daxil ediliblər. Gürcüstan isə, bölgədən qeyd olunan siyahıda xatırlanan yeganə ölkədir.
“Gürcüstanın insan haqqlarının müdafiəsinin yerinə yetirilməsi baxımından əhəmiyyətli nailiyyətləri var. Sevinirəm ki, bu təşəbbüs çərçivəsində sıx əməkdaşlığın davam etdirilməsi arzusu mövcuddur. Biz, Avropa İttifaqı kimi, Gürcüstanla partnyorluqla fəxr edirik”, – Stavros Lambrinidis Gürcüstan xarici işlər naziri Mixeil Canelidze ilə görüşdən sonra keçirilən mətbuat konfransında bəyan etdi.
Mixeil Canelidze öz növbəsində insan haqqları məsələləri üzrə Avropa İttifaqının xüsusi nümayəndəsinin Gürcüstana səfərini alqışladı və qeyd etdi ki, Gürcüstan üçün qeyd olunan təşəbbüsə qoşulmaq böyük şərəf və imkanlardır.
“İnsan haqqları məsələləri üzrə, Avropa İttifaqı ilə yüksək səviyyəli əməkdaşlığımız var. Bizim əsas prioritetimiz insan haqqlarının müdafiəsidir və Gürcüstan bir çox islahatlar həyata keçirdik. Bu həqiqətən nümunəvidir. Bizim üçün qeyd olunan təşəbbüsə qoşulmaq böyük şərəf və imkanlardır”, – Mixeil Canelidze bəyan etdi.