"Gürcüstan Avropa İttifaqı üçün ən hazırlıqlı bir ölkə kimi müzakirə olunur"
Gürcüstanın xarici işlər Naziri Mixeil Canelidze Sloveniya Respublikasının Xarici İşlər Naziri Karl Eriavets ilə görüşdü.
Görüşdən sonra keçirilən mətbuat konfransında Eriavets bəyan etdi ki, Asosiasiya razılaşmasının tam və effektiv şəkildə həyata keçirilməsi baxımından, Gürcüstan “Şərq Partnyorluğun” formatında liderdir.
“Avropa İttifaqı tərəfindən Gürcüstan, İttifaqa qoşulmaq üçün ən hazırlıqlı bir ölkə kimi müzakirə olunur” – dedi Karl Eravets.
Sloveniya Respublikasının vitse-premyeri və Xarici İşlər Naziri Karl Eriavets Gürcüstana ilk rəsmi səfərlə Tbilisi “İpək Yolu” forumunda iştirak etmək üçün gəldi.
“İpək Yolu” forumu noyabrın 28-29-da açıldı və onda dünyanın 60-dan artıq ölkəsindən 2000 nümayəndə iştirak edir.