Gürcüstan-Avropa İttifaqı Parlament Assosiasiyası Komitəsinin üzvləri müxalifət partiyalarının nümayəndələri və müstəqil deputatlarla görüş keçirirlər
Gürcüstan-Avropa İttifaqı Parlament Assosiasiyası Komitəsinin üzvləri müxalifət partiyalarının nümayəndələri və müstəqil deputatlarla görüş keçirirlər

 

Gürcüstan-Avropa İttifaqı Parlament Assosiasiyası Komitəsinin üzvləri Gürcüstan parlamentində görüşlər keçirirlər.

Avropa Parlamentinin deputatları, Assosiasiya Komitəsinin sədri Marina Kaliurand və Gürcüstan məsələləri üzrə məruzəçi Sven Mikser artıq parlamentin sədri Şalva Papuaşvili ilə görüşüblər.

Bu dəqiqələrdə parlament müxalifət partiyalarının nümayəndələri və müstəqil deputatlarla bağlı qapılar arxasında müzakirələr aparılır. Görüşdə Xatia Dekanoidze, Qiorqi Vaşadze, Salome Samadaşvili və Ana Natsvlişvili, Levan İoseliani, Herman Sabo, Armaz Axvlediani, Tako Çarkviani, Ani Buçukuri, Xatuna Samnidze, Tamar Kordzaia, Pridon İncia, Şalva Şavqulidze iştirak edirlər.

Müxalifət spektrinin 13 nümayəndəsi ilə görüşdən sonra avropalı deputatlar “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze ilə görüşəcəklər.