Gürcüstan-Avropa İttifaqı Assosiyasiya Sazişinin yeni gündəmi artıq qüvvədədir
Gürcüstan-Avropa İttifaqı Assosiyasiya Sazişinin yeni gündəmi artıq qüvvədədir

Tərəflər tərəfindən daxili prosedurların başa çatdırılması nəticəsində, 2017-2020-ci illər üçün Aİ-Gürcüstan Assosiasiyası razılaşmasının yenilənmiş gündəmi işə düşdü – bu haqqda Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib.

“Yeni gündəm daha ambisiyalıdır və Gürcüstana 2020-ci ilə qədər Aİ standartlarına və normalarına yaxınlaşmasına imkanı verir”, – Xarici İşlər Nazirliyində bəyan edirlər

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, gündəm Aİ-Gürcüstan Assosiasiya Sazişinin əsas əlamətidir və Gürcüstanla Aİ arasında razılaşdırılmış konkret prioritetləri əhatə edir.

“Gürcüstan 2014-2016-cu illərdə Assosiyasiya Gündəmində birinci mərhələnin prioritetlərinin həyata keçirilməsi baxımından əhəmiyyətli irəliləyişlərə nail oldu.

Hazırda Gürcüstan Assosiasiya Sazişinin həyata keçirilməsində aktiv mərhələsindədir. Aİ ilə qanunvericilik və institusional yaxınlaşma davam edir. Avropa standartlarının müxtəlif sahələrdə tədbiqi intensiv şəkildə davam edir. Sahə əməkdaşlığı inkişaf edir və dərinləşir. Avropa təcrübəsinin tədbiqi fəal şəkildə davam edir”, – Xarici İşlər idarəsində bəyan edirlər