Gürcüstan Asiya İnkişaf Bankının 2024-cü il görüşünün ev sahibi ölkəsi statusunu rəsmən qəbul etdi
Bu gün Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının işgüzar sessiyasında Gürcüstan AİB-in 2024-cü il illik toplantısına ev sahibliyi edən ölkə statusunu Koreya Respublikasından rəsmən qəbul edib. Bu irimiqyaslı tədbir 2024-cü il mayın 2-5-də Tbilisidə keçiriləcək.
Həmçinin, bu gündən Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili bir il müddətində Asiya İnkişaf Bankının Direktorlar Şurasına rəhbərlik edəcək.
Gürcüstanın növbəti illik toplantıya ev sahibliyi edən ölkə kimi tanıdılması məqsədilə xüsusi stend təşkil olundu və bu günlərdə müxtəlif ölkələrdən çoxlu nümayəndələr onu ziyarət edib.
Mayın 5-də rəsmi və mədəni tədbir keçiriləcək, burada Gürcüstan Asiya İnkişaf Bankının 57-ci illik toplantısına ev sahibliyi edəcək ölkə kimi təqdim olunacaq.