Gürcüstan Almaniya iqtidarından 90 milyon avro dəyərində maddi yardım alacaq
Gürcüstan Almaniya iqtidarından 90 milyon avro dəyərində maddi yardım alacaq

Gürcüstan yenə bir donorla maddi yardımla bağlı müqavilə imzaladı.

Maliyyə Nazirliyinin məlumatına görə, bugün Almaniyanın Rekonstruksiya Kredit Bankı (KfW) ilə 90 milyon avronun qəbulu barədə müqavilə imzalandı.

Müqaviləyi Gürcüstanın Maliyyə Naziri İvane Maçavariani və Rekonstruksiya Bankının Qafqaz ofisinin rəhbəri Klaus Faigel imzaladılar.

“Qeyd edilməlidir ki, KFW ilə imzalanan müqavilə Gürcüstan iqtidarının partnyor ölkələrdən COVID-19 pandemiyası ilə mübarizə və reabilitasiya üçün nəzərdə tutulan yardım layihənin bir hissəsidir” – deyilir Maliyyə Nazirliyində.