Gürcüstan - Aİ üzvlüyünə namizəd ölkə, Tbilisidə Azadlıq meydanında təntənəli bayram [foto]
Gürcüstana Aİ üzvlüyünə namizəd ölkə statusunun verilməsi ilə əlaqədar Tbilisidə Azadlıq meydanında bayram tədbiri keçirilib.
Tədbirdə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili, parlamentin spikeri Şalva Papuaşvili, “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze, “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze və Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski çıxış ediblər.
Çıxışlardan sonra konsert keçirilib.
Avropa Şurası dünən, dekabrın 14-də Gürcüstana Aİ üzvlüyünə namizəd ölkə statusu verib.