Gürcüstan Aİ üzvlüyünə namizəd ölkə statusunun verilməsini qeyd edir
Gürcüstan Aİ üzvlüyünə namizəd ölkə statusunun verilməsini qeyd edir

 
Gürcüstan Aİ üzvlüyünə namizəd ölkə statusunun verilməsini qeyd edir. Gürcüstanın müxtəlif bölgələrinin küçələrində və binalarında Gürcüstan və Avropa İttifaqının bayraqları asılıb.

Bununla yanaşı, Gürcüstana Aİ üzvlüyünə namizəd ölkə statusunun verilməsi ilə əlaqədar bu gün Tbilisidə, saat 17:00-da Azadlıq meydanında ümumxalq şənliyi keçiriləcək.

Avropa Şurası dünən, dekabrın 14-də Gürcüstana Aİ üzvlüyünə namizəd ölkə statusu verib.

Avropa Komissiyası noyabrın 8-də Gürcüstana Aİ-yə namizəd ölkə statusunun verilməsi ilə bağlı müsbət tövsiyə ilə Avropa Şurasına müraciət edib.

“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze 2022-ci ilin martın 2-də Gürcüstanın üzvlüyə namizəd statusu almaq üçün Avropa İttifaqına müraciət etdiyini açıqlayıb. Həmin ilin martın 3-də Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili üzvlük üçün rəsmi müraciəti imzalayıb.