Gürcüstan ABŞ-ın 2020-ci ilin büdcə layihəsində - Dövlət Departamenti hansı proqramların maliyyələşdirilməsini artırır
Gürcüstan ABŞ-ın 2020-ci ilin büdcə layihəsində - Dövlət Departamenti hansı proqramların maliyyələşdirilməsini artırır

Amerika Birləşmiş Ştatlarının iqtidarı Gürcüstana yardımı nəzərdə tutan proqramları maliyyələşdirəcək.

Gürcüstan ABŞ-ın Dövlət Departamenti tərəfindən yayılan büdcə layihəsində bir neçə dəfə hallandırılıb.

Donald Trampın administrasiyası tərəfindən Konqresə təqdim edilən 2020-ci ilin büdcə layihəsi ilə, 100 milyon dollar “Beynəlxalq Hərbi Təhsil və Təlim Proqramlarına” (IMET) ayırılıb.

Qeyd olunan məbləğdən 26,4 milyon dollar Avropa və Avrasiya ölkələrinə xərclənəcək və onların arasında Gürcüstan da var, hansı ki, sənəddə ABŞ “Əsas strateji partnyoru” olaraq, hallanır.

ABŞ iqtidarı tərəfindən tərtib olunan 2020-ci ilin büdcə layihəsi “Rusiyanın zərərli təsirindən” Avropa və Avropanın Şərq və Cənub sərhədlərində yerləşən ölkələrin təhlükəsizliyini təmin etmək üçün 308 milyon dollar ayrılıb.

Sənəddə deyilir ki, ABŞ-ın müttəfiq ölkələrinin qərb institutlarına inteqrasiyası üçün dəstək nəzərdə tutulur.

“Xarici yardım proqramları medya təhsilinin və müstəqil, obyektiv məlumatın əlyetərliyini artıracaq və həmçinin, enerji təhlükəsizliyini və iqtisadiyyatın sabitliyini möhkəmləndirəcək və bunlar energetikanın qərb bazarlarında əlçatacaqlığın düzəlməsi yolu ilə nail olunacaq” – deyilir sənəddə.

Qeyd edilməlidir ki, ABŞ-ın Dövlət Departamenti tərəfindən yayılan sənəddə müxtəlif proqramların maliyyələşdirilməsi yolu ilə, Rusiyanın zərərli təsirinin azaldılması üçün 661 milyon ABŞ dollarının ayrılması planlaşdırılır.