Gürcüstan ABŞ-dan hədiyyə olaraq 27 000 ton yüksək keyfiyyətli buğda alacaq

Gürcüstan ABŞ-dan hədiyyə olaraq 27 000 ton yüksək keyfiyyətli buğda alacaq. Bu barədə ABŞ-ın Gürcüstandakı  səfiri Kelli Deqnan  videomüraciətdə bildirib.

Kelli Deqnanın izahatına  görə,amerika buğdasının çatıdırılması,büdcəsi 14.5 milyon dollar həcmində olan   ″Ərzaq İnkişaf Naminə″ proqramı çərçivəsində  həyata keçirilir.

Bununla yanaşı, səfirin qeyd etdiyi kimi, ABŞ-ın Kənd Təsərrüfatı Departamenti  ət, süd məhsulları və kənd təsərrüfatı sektorunun gücləndirilməsi   və qida təhlükəsizliyi standardlarını yaxşılaşdırmaq üçün ümumi dəyəri 400.000 ABŞ dolları olan 18 kiçik qrant müqaviləsi imzalayacaq.

Bundan başqa,Kelli Deqnan videomüraciətdə ABŞ tərəfindən səhiyyə sektoruna yardıma dair də danışıb və bildirib ki, ABŞ-ın  Xəstəliklərə Nəzarət üzrə Mərkəzi Gürcüstan üçün Covid 19-a qarşı mübarizəyə  dəstək olaraq əlavə 3 milyon dollar miqdarında  yardım ayırıb

Həmçinin,səfirin sözlərinə görə,səhiyyə sisteminin rəhbərlərinin,XNM-nin,həkimlərin,Gürcüstan hökumətinin səyləri nəticəsində ,ölkə təhlükəsiz şəkildə adi həyat ritminə qayıdır,lakin bu yol hələ sona qədər gedilməyib.

 

Hazırladı-Sevinc Mustafayeva