Gürcüstan 21 yaşınadək Avropa Çempionatına ev sahibliyi edəcək - final Batumidə keçiriləcək
21 yaşınadək yığmaların 2023-cü ilin Avropa Çempionatının ev sahiblərindən biri Gürcüstan olacaq – məlumatı UEFA-nın rəsmi səhifəsi yayır.
UEFA-nın qərarı ilə, 21 yaşınadək yığmaların 2023-cü ilin Avropa Çempionatı iki ölkədə keçiriləcək. Avropanın ən yaxşı gənc futbolçularını Rumıniya və Gürcüstan qəbul edəcək. UEFA qeyd olunan qərarı 3 dekabrda keçirilən icraiyyə komitəsinin iclasında qəbul etdi.
15 Avropa yığması dörd qrupa bölüşdürüləcək. Hər bir ölkə iki-iki qrupu qəbul edəcək. Çempionatın nizamnaməsinə əsasən, hər iki ölkə final mərhələsində, təkmilləşdirmə mərhələsini keçmədən iştirak edəcək.
Final görüşü Batumi Stadionunda keçirləcək. Açılış matçı isə, Rumıniyada baş tutacaq. Qrup görüşləri 4 stadionda keçirləcək – Batumi, Poti və Tbilisinin iki stadionunda.