Gürcü tərəfi SGS şirkəti ilə Rusiya-Gürcüstan arasında gömrük administrasiyasının monitorinqi haqqında müqavilə imzaladı
Gürcü tərəfi SGS şirkəti ilə Rusiya-Gürcüstan arasında gömrük administrasiyasının monitorinqi haqqında müqavilə imzaladı

Gürcüstanın Xarici İşlər Nazirliyi, İsveçrənin SGS şirkəti ilə Rusiya-Gürcüstan arasında gömrük administrasiyasının monitorinqi haqqında müqavilə imzaladı.

Bu barədə məlumatı nazirlik yaydı.

Nazirliyin bəyanatında deyilir ki, gürcü tərəfi və İsveçrənin SGS şirkəti (Société Générale de Surveillance SA) arasındaki  danışıqların yekun raundu 2017-ci ilin dekabrın 19-da Berndə, İsveçrə Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə keçirildi.

“2011-ci ilin razılaşmasınnı praktiki realizasiyası üçün, Rusiya tərəfinində İsverçrə ilə analoji müqaviləyi imzalaması gərəkdir. Ancaq ondan sonra, tərəflər kontrakt ilə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə başlayacaqlar” – deyilir nazirliyin bəyanatında.