Gürcü tərəfi BMT-nin təhlükəsizlik şurasında işğal altında olan regionlar və Arçil Tatunaşvilinin öldürülməsi ilə bağlı danışacaq
2018-ci ilin martın 28-də, Nyu-Yorkda, BMT-nin Təhlükəsizlik Şurası hazırki sədr ölkə olan Hollandiyanın təşəbbüsü ilə keçiriləcək və “BMT-nin sülhməramlı əməliyyatlarının yaxşılaşdırılması üçün kollektiv hərəkətlər” adlı açıq debatlar keçiriləcək.
Açıq debatlarda Gürcüstanın BMT-dəki daimi nümayəndəsi iştirak edəcək.
Gürcü tərəfi əsas diqqəti qlobal təhlükəsizliyin və sülhün qorunması üçün, BMT-nin sülh əməliyyatlarının əhəmiyyətinə və bugünki çağırışlarla baş gəlmək məqsədi ilə, sistemdə həyata keçiriləcək dəyişikliklərə yetirəcək.
Gürcüstan həmçinin 2009-cu ildə BMT-nin sülhməramlı missiyasındaki təcrübəsi haqqında danışacaq.
Gürcü tərəfinin bəyanatında həmçinin diqqət Gürcüstanın işğal edilmiş ərazilərinə və Arçil Tatunaşvilinin işgəncə ilə öldürülməsi məsələsinə yetiriləcək.
Qeyd olunan vəziyyətin nəzərə alınması ilə, gürcü tərəfi işğal edilmiş regionlarda beynəlxalq təhlükəsizlik mexanizmlərinin yaradılmasının zərurəti haqqında söhbət edəcək.
Bu barədə məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.