Gürcü tərəfi Almaniyaya Gürcüstana təhlükəsiz ölkə statusunun verilməsini təklif etdi
Almaniyaya Gürcüstana təhlükəsiz ölkə statusunun verilməsini təklif etdi, – bu barədə DİN-in Beynəlxalq Əlaqələr Xidmətinin rəhbəri, Eka Maçavariani jurnalistlərə bəyan etdi.
Maçavariani Gürcüstan Daxili İşlər naziri müavini Nino Cavaxadzenin Almaniya və Avstriyaya səfəri barəsində söhbət etdi.
Maçavarianinin qeyd etdiyinə görə, sığınacaq axtaranların sayır artır, lakin həyacan doğurucu deyil.
“Gürcüstan Daxili İşlər naziri müavini Nino Cavaxadze Almaniya və Avstriyada rəsmi səfərdə idi. Almaniyada Şimali Rayn-Vestfaliya Federal Torpaqlarının Daxili İşlər naziri, Herbert Royl ilə görüşdü. Avstriyada isə, Daxili İşlər Nazirliyində görüşləri var idi. Nino Cavaxadze Gürcüstanın planlaşdırdığı təşəbbüsləri təqdim etdi.
Sığınacaq axtaranların sayır artır, lakin həyacan doğurucu deyil. Mütəşəkkil cinayət nə Avstriyada, nə də Almaniyada təhlükəni əhatə etmir. Bunu hər iki ölkənin rəsmi idarəli etiraf etdilər”, – Maçavariani bəyan etdi.
Elə onun dediyinə görə, martın 9-da Daxili İşlər nazirinin Avropola səfəri planlaşdırılır. Maçavarianinin məlumatına görə, memorandum izalanacaq və ona əsasən Gürcüstan Avropola müttəfiq zabitini göndərəcək.