Gürcü tələbələr Şimali Makedoniyada Skopye Amerika Universitetində pulsuz təhsil alacaqlar
Gürcü tələbələr Şimali Makedoniyada Skopye Amerika Universitetində pulsuz təhsil alacaqlar

 
Gürcü tələbələr Şimali Makedoniyada Skopye Amerika Universitetində pulsuz təhsil alacaqlar-bu barədə
Gürcüstan Prezidentinin Administrasiyası məlumat yayır.

Prezident Administrasiyası tərəfindən yayılan məlumatda, ötən il Gürcüstan prezidentinin Şimali Makedoniyaya rəsmi səfəri zamanı iki ölkə prezidentinin dəstəyi, Gürcüstanın Skopyedəki fəxri konsulu, professor Marko Andonovun təşəbbüsü ilə gürcü tələbələr üçün “prezident təqaüdü”nün təsis edilməsi haqqında qərar qəbul edildiyi deyilir.

Skopye Amerika Universitetində – University American College Skopje gürcü tələbələrin müraciətləri iki maqistr proqramı- beynəlxalq əlaqələr və biznesin idarə edilməsi üzrə qəbul ediləcək. Təqaüd tam təhsil haqqını və yaşayış sahəsi ilə təminatı əhatə edir.