Gürcü şərabının Yaponiyaya idxal edilməsi prosedurları asanlaşdırılır
Gürcü şərabının Yaponiyaya idxal edilməsi prosedurları xeyli asanlaşdırılır.
Milli Şərab Agentliyinin məlumatına görə, Yaponiyada qeydiyyatdan keçən xarici laboratoriyalar siyahısına dörd gürcü laboratoriyası əlavə edildi və bu da gürcü şərabının Yaponiyaya idxalı prosedurunu əhəmiyyətli dərəcədə asanlaşdıracaq.
Ona qədər isə, Yaponiya gömrüyündə Gürcüstandan ixrac edilən şərabın əlavə laboratoriya yoxlanışı və sertifikasiyası keçirilirdi və bu da, ixrac edən şirkətlər üçün əlavə xərclər və prosedur çətinlikləri yaradırdı.
Bütün bu prosedurlar isə, gürcü şərabının satış qiymətində əks olunurdu.