Gürcü polislər Rotterdamda keçirilən Polis və Yanğınsöndürənlərin Ümumdünya Olimpiadasında daha iki qızıl medal qazanıblar
Gürcü polislər Rotterdamda keçirilən Polis və Yanğınsöndürənlərin Ümumdünya Olimpiadasında daha iki qızıl medal qazanıblar

 
Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət komanda Niderland Krallığının Rotterdam şəhərində keçirilən “Polis və Yanğınsöndürənlərin Ümumdünya Olimpiadası 2022 “-də uğurla iştirakını davam etdirir. Gürcü hüquq-mühafizə orqanlarının əməkdaşları Beynəlxalq Olimpiadada daha iki qızıl medal qazanıblar.

Daxili İşlər Nazirliyindən verilən məlumatda, DİN-in Patrul Polis Şöbəsinin Quriya Baş İdarəsinin rəhbəri Koba Kobaxidzenin 120 kq çəki dərəcəsində , ağırlıq qaldırma üzrə birinci yeri tutaraq qızıl medal qazandığı deyilir. Koba Kobaxidze bir çox digər beynəlxalq idman titullarını qazanıb.

Patrul Polis Şöbəsinin əməkdaşı Qiqa Beriaşvili Polis və Yanğınsöndürənlərin Ümumdünya Olimpiadasında qalib gələrək, qızıl medal qazanıb. O, cüdo üzrə 66 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Bu mərhələdə Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət komanda “Polis və Yanğınsöndürənlərin Ümumdünya Olimpiadası 2022″də dörd qızıl medal qazanıb.