Gürcü dili və ədəbiyyat imtahanlarında abiturientlərin 94% faizi minimal kompetensiya həddini keçə bildi
İlkin nəticələrə görə, gürcü dili və ədəbiyyat imtahanlarında abiturientlərin 94% faizi minimal kompetensiya həddini keçə bildi.
Milli İmtahanlar Mərkəzi bugün üç fənin ilkin nəticələrini yaydı.
Gürcü dilindən başqa, həmçinin, Coğrafiya və Riyaziyyat imtahanlarının nəticələri də yayıldı.
Milli İmtahan Mərkəzinin bəyanatına görə, əvvəlki illərlə müqayisədə, abiturientlər bu il riyaziyyat imtahanını daha yaxşı nəticələrlə tapşırdılar. Riyaziyyat imtahanında minimal həddi abiturientlərin 80%-i aşa bildi. Coğrafiyada isə, 90%.
İmtahanlar Mərkəzində bəyan edirlər ki, bu sadəcə ilkin məlumatdır, hansı ki, apelyasiya prosesindən sonra dəyişə bilər.
Abiturientlərin imtahan nəticələri online.naec.ge veb-səhifəsində yayılıb.