Gürcü dili və ədəbiyyat imtahanının nəticələri dərc olunub
Gürcü dili və ədəbiyyat imtahanının nəticələri dərc olunub

 
Milli Qiymətləndirmə və İmtahanlar Mərkəzi gürcü dili və ədəbiyyat imtahanının nəticələrini dərc edib.

Veb saytda qeyd olunduğu kimi, abituriyent öz nəticəsini öyrənmək üçün veb sayta daxil olmalı, müvafiq sahəyə isə şəxsi nömrəsini və beşrəqəmli şifrəni daxil etməlidir. İmtahan verənin öz səhifəsində öz yazı işinin surətini və konkret fənn üzrə topladığı ilkin, “xam” balı görmək imkanı olacaq.

“Gürcü dili və ədəbiyyat fənnindən maksimal bal 60-dır. Balların bərabərləşdirilməsindən sonra abituriyent tərəfindən toplanmış bal bu fənn üçün müəyyən edilmiş maksimal balın 25%-dən çox olacağı təqdirdə, abituriyent bu fənn üzrə imtahanı keçmiş hesab ediləcək. Bərabərləşdirmə nəticəsində ilkin balı minimum kompetensiya həddindən az olan, lakin ona yaxın olan abituriyentlərin həddi keçmək şansını qoruyub saxlaması vacibdir.

Bütün imtahanların nəticələri açıqlandıqdan sonra apellyasiya müraciətlərinin qəbuluna başlanılacaq. Müraciətlər veb saytda elektron qaydada qəbul edilir.

Milli Qiymətləndirmə və İmtahanlar Mərkəzi digər imtahan fənləri üzrə də abituriyentlərin ilk nəticələrini yazı işləri yoxlanılan kimi mərhələli şəkildə dərc edəcək”-deyə Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzinin məlumatında qeyd olunur.