Gürcü azarkeşlər Tbilisi Beynəlxalq Hava Limanından Kölnə gedən subsidiyalı çarter reysi ilə yola düşüblər
219 nəfərlik gürcü azarkeş qrupu hökumətin təşkil etdiyi xüsusi çarter reysi ilə Tbilisi Beynəlxalq Hava Limanından Kölnə yola düşüb. Məlumatı İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi yayıb.
Agentliyin məlumatına görə, güzəştli qiymətə təyyarə biletləri alan azarkeşlər iyunun 30-da İspaniya ilə keçiriləcək oyunda futbol üzrə Gürcüstan millisinə dəstək verəcəklər.
Bu gün və sabah daha iki çarter reysi həyata keçiriləcək. Dotasiyalı biletlərlə gürcü tərəfdarları iyulun 1-2-də Kölndən öz vətənlərinə qayıdacaqlar.
Subsidiyalaşdırılmış, birtərəfli aviabiletin qiyməti 195 avrodur, ona görə də gediş-gəliş aviabiletinin qiyməti 390 avrodur.
Çarter uçuşları “Georgian Airways” və “Georgian Wings” aviaşirkətləri həyata keçirir.
Futbol matçına bileti olan Gürcüstan vətəndaşları güzəştli aviabiletdən istifadə edə bilərlər.