Gürcü azarkeşlər Dortmundda

 

Gürcüstanın futbol yığması bu gün Avropa çempionatında ilk oyununu keçirəcək.

Milli komanda Avro-2024-də ilk tarixi matçını Türkiyəyə qarşı keçirəcək.

Matç Almaniyanın Dortmund şəhərində, “SIGNAL IDUNA PARK”da keçiriləcək.

Avropa çempionatında Türkiyə ilə keçiriləcək ilk oyundan əvvəl gürcü azarkeşlər Dortmund şəhərinin mərkəzinə toplaşıblar. Dortmund küçələrində gürcü azarkeşlər milli komandanın köynəyini geyinib, əllərində Gürcüstan bayraqları və milli komandanı dəstəkləyən müxtəlif rəmzlər tutublar.

Matç Tbilisi vaxtı ilə saat 20:00-da başlayacaq. Gürcüstanın Birinci Kanalı görüşün birbaşa reportajını təqdim edəcək.