"Gürcü Arzusunun" siyasi şurasının yeniləşdirilmiş tərkibi partiyanın qurultayında adlandırılacaq
Bu gün partiyanın siyasi şurasının növbəti iclası baş tutdu və partiya tərəfindən keçiriləcək qurultay ilə bağlı məsələləri müzakirə etdik, – bu barədə partiyanın baş katibi, Kaxa Kaladze siyasi şuranın iclası başa çatdıqdan sonra “Gürcü Arzusunun” ofisində bəyan etdi.
Kaxa Kaladzenin bəyan etdiyinə görə, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının qurultayı 16 yanvarda keçiriləcək və burada ölkə miqyası ilə 400-ə qədər deleqat iştirak edəcək.
“Qurultay partiyanın yeni sədrini və partiyanın siyasi şurasının yeniləşdirilmiş tərkibini seçəcək. Siyasi şuranın qərarı ilə, partiya sədri vəzifəsinə İrakli Kobaxidzenin namizədliyi təqdim olunacaq.
Siyasi şura həmçinin, yeniləşdirilmiş siyasi şurasına üzvlüyün 21 nəfərlik siyahısını təsdiq etdi. Yeni siyasi şuranın üzvlərinin kimliyini qurultayda biləcəksiniz. Bidzina İvanişvilinin partiyadan getməsi bizim partiyamız üçün sözsüz ki, çağırışdır.
İndi üzərimizə daha artıq məsuliyyət düşür ki, hərgünlük işlə Bidzina İvanişvilinin başladığı işi sonuna qədər aparaq və Gürcüstanı yekun olaraq Avropa növlü ölkə kimi formalaşdıraq, demokratiya və insan hüquqlarını daha da gücləndirək, vətəndaşlarımızın firəvanlığını daha da yüksəldək, yoxsulluğu aradan qaldıraq və ölkəmizi qərb strukturlarının tamhüquqlu üzvünə çevirək. Əminik ki, siyasi komandamızın birliyi və məqsədli işlərimizlə bu məqsədə mütləq nail olacağıq”, – Kaxa Kaladze bəyan etdi.