“Gürcü Arzusu”nun sədri İrakli Ğaribaşvili Quriya bölgəsində partiya aktivi ilə görüşəcək
“Gürcü Arzusu”nun sədri İrakli Ğaribaşvili Quriya bölgəsində partiya aktivi ilə görüşəcək.
“Gürcü Arzusu”nun mətbuat xidməti, görüşün saat 13:00-da Ozurqetidə keçiriləcəyinə dair məlumat yayır.
İrakli Ğaribaşvili, partiyanın icraçı katibi Mamuka Mdinaradze, regional katib Dimitri Samxaradze və parlament çoxluğunun üzvləri Ozurqeti, Lançxuti və Çoxataurinin yerli təşkilat rəhbərləri və partiya aktivi ilə görüşəcək.
İclasda Quriya bölgəsi üzrə dövlət müvəkkili Qiorqi Uruşadze iştirak edəcək.
Martın 2-də “Gürcü Arzusu” sədrinin və partiya liderlərinin bölgələrdə görüşləri başlayıb. Acara və Sameqrelo-Zemo Svaneti bölgələrində görüşlər keçirilib.
İrakli Ğaribaşvili 100 gün ərzində 10 bölgədə partiya aktivi ilə görüşəcək.