“Gürcü Arzusu”nun ofisi yaxınlığında etiraz aksiyası keçirilir
Aksiya iştirakçıları Parlamentdən “Gürcü Arzusu”nun mərkəzi ofisinə qədər yürüş ediblər.
Toplananlar “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edirlər.
Aksiya iştirakçıları üzərində “Rusiya qanununa yox”, “Rus arzusuna yox” yazılmış plakatlar aparıblar.
Aksiya iştirakçıları “Gürcü Arzusu”nun ofisinə yaxınlaşmağı tələb edirlər, hadisə yerinə səfərbər olan hüquq-mühafizə orqanlarının əməkdaşları isə icazə vermir. Aksiya iştirakçıları “Gürcü Arzusu”na etiraz səsini daha yaxşı eşitdirmək üçün ofisə yaxınlaşmaq istədiklərini deyirlər.
Daxili İşlər Nazirliyinin nümayəndələrinin verdiyi məlumata əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları həddindən artıq halların qarşısını almaq və ictimai qaydanı qorumaq üçün kordon yaradıblar.